PALMA yağı zərərlidirmi?
Son vaxtlar çox müzakirə edilən mövzulardan biri də palma yağının insan səhhətinə zərərinin olub olmamasıdır. Çox təəssüf ki, bu məsələni araşdırmayan hər kəs fikir bildirmək istəyir və bu da sonda yanlış yönləndirməyə səbəb olur. Qeyd edilənləri nəzərə alaraq palma yağı ilə bağlı ətraflı araşdırmanı sizinlə bölüşmək istədim. Məqalə aşağıdakı mövzuları əhatə edəcək:
- Palma yağı nədi? Necə istehsal olunur?
- Palma yağı haqqında araşdırmalar. Niyə bəzi araşdırmaçılar israrla zərərli olmasını bildirir?
1. Palma yağı nədi? Necə istehsal olunur?
Palma yağları daha çok İndoneziya və Malaziya tərəflərində yetişən xurma cinsi ağacların meyvələrindən (həm meyvə, həm də çəyirdək) əldə edilir. Otaq temperaturunda yarı qatı olan bitki yağıdır. Günəbaxan, qarğıdalı, pambıq, fındıq və zeytun yağları kimidir. Qida sənayesində digər yağlara görə ucuz olması səbəbi ilə tez-tez istifadə edilməkdədir. Yəni digər bitki yağlarının istehsalında nə risklər varsa eyniləri palma yağı üçün də keçərlidir.
Əsasən doymuş yağ turşularının yüksək nisbətinə görə palma yağı otaq temperaturunda bərk olur. Yüksək ərimə nöqtəsinə malik olduğundan, hətta isti iqlim şəraitində belə qida sənayesində bir çox tətbiq sahəsinə malikdir.
Yüksək istiliyə davamlılıq xüsusiyyətinə sahib olan bu yağ antioksidantlar, A və E vitaminləri ilə zəngindir. Palma yağı beynin funksiyalarının qorunmasına, orqanizmdə A vitaminin artmasına müsbət təsir göstərir.
Palma yağları daha çox marqarin və bitki mənşəli susuz yağlar istehsalında istifadə edildiyindən və hidrogenizə tətbiqləri olduğuna görə sağlıq baxımından risk təşkil edir. Ancaq əgər bu kimyəvi tətbiqlər olmazsa və digər maye/qatı yağlarda olduğu kimi qatqı maddələri müəyyən şərtlərə uyğun olaraq emal edilirsə bu palma yağlarının istehlakında bir problem yoxdur.
Palma yağı daxil bütün bitki mənşəli yağlarda istənilməyən toksinlərin ortaya çıxmasına səbəb olan 200 dərəcəlik isitməyə məruz qalma vəziyyəti digər bütün yağlarda da eyni təsiri göstərməkdədir.
Palma yağı bişirmə yağı olaraq bir neçə hazır qidalarda istifadə edilməkdə FAO və WHO-nun ortaq quruluşu olan beynəlxalq CODEX Alimentarius Komissiyası tərəfindən 17 yeməklik yağ çeşidindən biri olaraq da qəbul edilməkdədir.
Palma yağı yuxarıda da qeyd etdiyimiz kimi palma ağacının meyvələrindən əldə edilən bitki mənşəli bir yağdır. Buna görə də sonradan içərisinə haram bir şey əlavə edilməmişsə haram olması müzakirə mövzusu deyildir, yəni halallığında şübhə olmur.
2. Palma yağı haqqında olan araşdırmalar. Niyə bəzi araşdırmaçılar israrla zərərli olmasını bildirir?
Bir çox araşdırmalar mövcuddur. Bəziləri zərərli olmasını digərləri isə əksini bildirir. 2016 cı ilin may ayında Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) yayınladığı Yağ raporunun arxasında hədəfdə təkcə palma yağı varmış kimi təqdim edilərək 85%.lik əsas istehsalçısı olan Malaziya və İndoneziya iqtisadiyyatına zərbə vurmaq kimi pis bir niyyətin olduğunu düşünürəm. 50-ci illərdə Avropa öz məhsulu olan marqarini digər ölkələrə qəbul etdirmək üçün kərə yağının üzərindən oynanan oyunların və yenə 60-cı illərdə də Avropalı istehsalçılara rəqib olub marqarinin yayılmasına mane olur deyə zeytun yağının üzərində buna oxşar oyunlarla Türkiyə iqtisadiyyatına da zərbə vurmağa çalışıldığını xatırlatmaq istəyirəm.
Yuxarıda qeyd etdiyim araşdırma nəticəsində EFSA bütün növ bitki yağlarının rafinasiya prosesi zamanı gündəlik normadan artıq qəbul edildikdə insan həyat və sağlamlığı üçün təhlükə yaradabiləcək 2 növ maddənin (3-MCPD, Glycidil yağ efirləri) yarandığını müəyyən edib. Araşdırmalar nəticəsində palma yağlarının rafinasiya prosesi zamanı (qoxu alma mərhələsində) 200 selsi dərəcədən artıq temperatura məruz qaldıqda sözügedən maddələrin digər bitki yağlarına nisbətdə daha çox yaranma ehtimalı olduğu qeyd edilib. Yəni bu araşdırma bütün növ bitki yağlarını əhatə edir və bitki yağlarının istehsal prosesi zamanı yaranan müəyyən maddələrin gündəlik normaları ilə bağlı məsləhətləri əks etdirir.
Bundan sonra Avropa Komissiyası 26 fevral 2018 ci ildə “Qida məhsullarında müəyyən çirkləndiricilərin maksimum səviyyəsinin təyin edilməsi” üzrə Təlimata əlavələr edərək qida məhsullarında Glycidil yağ efirlərinin gündəlik istifadə normasını orta yaşlı şəxslər üçün bədən çəkisinin hər kiloqramına 1000 mikroqram, uşaqlar üçün isə 500 mikroqram müəyyən edib. EFSA 2017-ci ildə isə 3-MCPD ilə bağlı gündəlik istifadə norması ilə bağlı tövsiyyəsində dəyişiklik edərək insan çəkisinin hər kiloqramı üçün 0.8 mikroqram olan dəyəri 2 mikroqram səviyyəsinə yüksəldib.
Palma yağına marketlerdəki məhsulların demək olar ki hamısında rast gəlmək olar. Ancaq 10 il öncəsinə qədər palma yağının yerinə qarğıdalı yağı, soya yağı istifadə olunurdu. Qarğıdalı və soya yağında isə dünyanın ən böyük istehsalçı ölkəsi olaraq ABŞ-ın olması palma yağı haqqında qərəzli araşdırmaların qaynağını göstərir. Unutmaq olmaz ki, ən böyük GMO qarğıdalı və soya istehsalçısı olan məşhur MONSANTO şirkəti də bir Amerikan şirkətidir.
Ərimə temperaturu 70-720C dərəcə olduğu əsas gətirilərək, palma yağının normal bədən temperaturu tərəfindən əridilmə problemi olduğu bildirilir. Qeyd edək ki, ərimə temperaturu Quyruq yağında da yüksəkdir. Yəni həzm prosesi təkcə bədən temperaturuna əsaslanmır. Həzm prosesi mürəkkəb proses olduğu üçün təkcə bədən temperaturu rol oynamır.
Palma Yağı Ətraf mühitə zərərlidirmi?
Palma yağı ilə bağlı digər bir iddia ətraf mühitə zərərli olmasıdır. Diqqət çəkmək istədiyim məsələ budur: Keçdiyimiz illərdə Rainfrost Action Network palma yağının İndoneziyadakı yağış meşələrinin yox olmasına yol açdığını irəli çəkən bir kompaniyaya başladı. Kompaniyada yağış meşələrinin zərər görməsinin bir nəticəsi olaraq çox sayda oranqutanın da yaşayış yerini itirdiyi bildirilirdi. Rainforest Action Network xüsusilə oranqutanların istifadə edildiyi reklam kompaniyaları ilə istehlakçıları palma yağı istifadə edilməyən məhsullar almağa çağırırdı.
Sizcə bu şübhəli deyilmi? Ağıla gələn ilk sual bu olur: Meşədə sadəcə oranqutanlar yaşayır? Palma yağı da eyniylə zeytun yağı kimi ağacın meyvəsinden əldə edilir. Yəni yağı əldə etmək üçün ağacı və meşəni yox etməyə lüzum yoxdur. Niyə yalnız palma yağı üçün bu qaralama kompaniyası aparılır?
Palma yağı üçün yazılan zərərlərdən daha böyük problem marqarinlərdə olmasına baxmayaraq heç bir şəkildə gündəmə gətirilməməkdədir.
Marqarin istehsal texnologiyaları
İlk başlarda tətbiq edilən məntiq bu idi: maye şəklində olan yağların qatılaşması üçün heyvanların daxili yağları (ən yağlı heyvan donuz olması səbəbi ilə əksər hallarda donuz yağı istifadə edilmişdir) əridilməklə bu maye yağlara qarışdırılmış və sonda otaq temperaturunda qatı halda dayana bilən bir yağ əldə edilmişdir. Sonraları isə Alman kimyagər Wilhelm Norman tarafından 1901 ci ildə kəşf edilen hidrogenizə texnologiyası tətbiq edilməyə başlandı. Bu texnologiyanın tətbiqinə Türkiyədə 1950 ci illərdə başlanılmışdır. Doymamış və maye formada görünən bitki mənşəli yağlardakı karbon zəncirinin hidrogenden doymamış qismlərinin yüksək təzyiq altında katalizator yardımı ilə hidrogenləşdirilməsi ilə qatı hala gətirilməsinə hidrogenizasiya deyilir. Daha sonraları bu tətbiqin zərərləri kəşf edilmiş və esterifikasiya reaksiyası ilə zərəri meydana gətirən trans yağlar çoxluqla aradan qaldırılmağa çalışılmışdır. İnteresterifikasyon yağ molekulundakı yağ asitləri ve gliserilin quruluşuna zərər vermədən, vakuum altında sadəcə trigliseridlərdəki yerləşim dəyişikliyi reaksiyası olaraq tanınır. Bir digər texnologiya isə fraksiyon yağlardır. Təbii olaraq otaq temperaturunda qatı halda ola bilən bitki mənşəli yağlar mövcuddur. Bu bitki mənşəli qatı yağların maye yağlarla qarışdırılması və soyudularaq kristallaşdırılması ilə istehsal edilən yağlara fraksiyon yağlar deyilir. Daha çox palma yağları istifadə edilir. Palma yağlarının stearik asitlərlə zəngin stearin qismi fiziki olaraq ayrılır və daha sonra neçə dərəcələrdə əriməsi istənilən bir yağ miqdarı nizamlanaraq maye yağlara qarışdırılır. Beləliklə otaq temperaturunda qatı halda ola bilən yağlar əldə edilir.
Marqarinin ilk çıxışı kərə yağının az və bahalı olması səbəbi ilə idi. Əslində “marqarin” kəliməsi də ümumi olaraq yanlış istifadə edilməkdədir. Bitki mənşəli maye yağların hər hansı bir yolla qatı hala gətirilməsi ilə əldə edilən bu yağa ədəbiyyata görə marqarin yox, bitki mənşəli susuz yağ deyilir. Əgər bu bitki mənşəli susuz yağın içərisində bir miqdar su qarışdırılırsa (Türk Qida Kodeksinə görə ən az 16-20%) bu əldə edilən yağa marqarin deyilir. Bitki mənşəli qatı yağları, bitki mənşəli susuz yağ və bitki mənşəli sulu yağ olaraq ikiyə ayırırıqsa, sulu olan yağın adı marqarindir. Fəqət xalq arasında hamısına yanlış olaraq marqarin deyilməkdədir. Hər iki yağ da hidrogenizə və ya interesterifiye edilmiş olan yağlardan ibarət ola bilər.
Trans Yağlar və Zərərləri
İlk olaraq bildirmək lazımdır ki, trans yağlar (sintetik yağlar) sadəcə hidrogenizədə meydana gəlməyib, interesterifikasyonda da az da olsa meydana gəlir. Təəssüf ki, tərkibində 1%-in altında trans yağ olan yağlara Türk Qida Kodeksinə görə “trans yağ yoxdur” yazıla bilər. Harvard Tibb Fakültəsində 1994 cü ildə aparılan bir araşdırmaya görə kərə yağı ilə müqayisədə marqarin yemək qadınlarda ürək xəstəliyinə tutulma ehtimalını 53% artırmaqdadır. Bunun səbəbi sintetik trans yağlardır. Ayrıca aparılan bir çox araşdırmada trans yağların, Koroner ürək xəstəliyi riskini 3 qat artırdığı, toplam xolesterolu və LDL-yi yüksəltdiyi (pis xolesterol), HDL-yi aşağı saldığı (yaxşı xolesterol), ana südünün keyfiyyətini aşağı saldığı, immunitet sistemini zəiflətdiyi, pankreasın insulin reaksiyasını azaltdığı və şəkər xəstəliyinə yol açdığı ortaya qoyulmuşdur. Trans yağ asitlərinin xolesterolu dolaylı olaraq artırması ilə damar sərtliyi və koroner ürək xəstəliyi inkişaf etdirdiyi də ayrıca sübut edilmişdir. Buna görə də 2005 ci ildən etibarən FDA tərəfindən paketlenmiş hər qidanın üzərində nə qədər trans yağ ehtiva etdiyi göstərməsi bir şərt olaraq gətirilməkdədir. Bu vəziyyət Türk Qida Kodeksində də belədir.
Bildiyimiz kimi bitki mənşəli maye yağların hidrogenizasiya metodu ilə süni olaraq qatılaşdırılmaları nəticəsində əldə edilən yağlara marqarin və ya hidrogenizə qatı yağ deyilməkdədir. Marqarinlər doymuş yağ qrupuna girən yağlardır.
Hidrogenizə yağlar maye yağların maye şəklində olmalarını təşkil edən çoxlu əlaqələrinin hidrogenlə doyurularaq qatı hala çevrilmiş şəklidir. Bu texnologiya prosesində trans yağ asitləri də əmələ gəlir. Trans yağ asitləri bir qrupun adıdır. Trans yağlar sintetikdir. Yəni təbiətdə tapılmazlar. Vücudumuz bu sintetik trans yağları tanımaz.
Gövşüyən heyvanların süd və ətində də az miqdarda trans yağ asidi vardır. Ancaq bu trans yağ asitlərini, sintetik trans yağ asitləri ilə qarışdırmamaq lazımdır. Araşdırmalar təbii trans yağ asitlərinin hər hansı bir zərərini tapmayıblar. Üstəlik günlük qəbul edilən təbii trans yağ miqdarı da sintetik trans yağ asidi qəbulundan ən az 25 dəfə daha azdır.
Digər bir tərəfdən fast food olaraq insanlara yedirilən və yüksək istilikdə dəfələrcə kartof qızardılan yağların bundan daha zərərsiz olduğu deyilə bilinməz. Akrilamid maddə nişastalı qidaların güclü istiləşməsi ilə hazırlanır və xüsusən bişmiş mallar, cips və çiplər kimi qəhvə və kartof məhsullarında tapılır. Bir müddətdir akrilamidin kanserogen olması və genomun dəyişdirilməsi şübhəsi var. Buna görə də Avropa Birliyi 2018-ci ildən etibarən tətbiq olunacaq məcburi qaydalar qoymuşdur. Ərzaq hazırlayarkən bəzi qaydalar nəzərə alınarsa, akrilamidin meydana gəlməsi azalda bilər. Akrilamid amidlərin kimyəvi qrupuna aiddir və plastik istehsalı və içməli suyun müalicəsi üçün 50 ildən çox müddət ərzində endüstriyel olaraq istifadə edilmişdir. Yemək hazırlayarkən, nişasta və ya şəkər kimi karbonhidratlar 120 dərəcə Selsi üzərində qızdırıldığında və protein komponenti asparaginlə birləşdirildikdədir. Əgər temperatur 180°C-dən çox olsa, akrilamid formasiyası əhəmiyyətli dərəcədə artır.
Palma yağı tam zərərsizdir demirik. Çoxu və ya yüksək istilik ilə zəhərli hala gəlməsi mümkündür amma bu bütün yağlar üçün keçərli olan bir qaydadır.
Hazırladı:
Yusif Həkimov
“SƏBA” ASC, ət emalı sahəsinin müdiri, “İstehsalat gəlir mərkəzi” departament idarəetmə şurasının üzvü
“Keyfiyyət Assosiasiyası” İctimai birliyinin tam üzvü, “Qida təhlükəsizliyinin idarə edilməsi” üzrə işçi qrupunun üzvü




