Aqrokompleksdə ISO/IEC 17025:2017 standartı üzrə təlim keçirilib

Keyfiyyət Assosiasiyası tərəfindən Aqrokompleksdə 5 gün müddətində “ISO/IEC 17025:2017 Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər” mövzusunda təlim keçirilib. Təlimdə Aqrokompleksin struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Təlim zamanı iştirakçılara ISO/IEC 17025 beynəlxalq standartının yeni 2017-ci il versiyası, standartın əvvəlki və yeni versiyaları arasındakı fərqlər, ISO/IEC 17025:2017 standartının strukturu, risk və imkanlar, metodların seçilməsi, verifikasiya və validasiya, nümunələrin seçilməsi və ölçmələrdəki qeyri-müəyyənliyin qiymətləndirilməsi, nəticələrin etibarlılığının təmin edilməsi və hesabatın təqdim edilməsi, daxili audit, düzəldici fəaliyyətlər və rəhbərlik tərəfindən təhlilin aparılması ilə bağlı ətraflı məlumat verilib, həmçinin qeyd olunan mövzularda müzakirələr aparılıb.
Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

Tərəfdaşlar