Kİtablar
“Keyfiyyət Assosiasiyası” maarifçilik məqsədilə bir sıra kitabların
işlənib hazırlanması ilə məşğuldur. Həmin kitabları əldə etmək üçün
Assosiasiyamıza müraciət edə bilərsiniz:
ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr
“ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabında ISO 9001:2015 standartının maddələrinin peşəkar şərhi və təhlili verilmiş, onların praktiki tətbiqi məsələlərinə geniş yer ayrılmışdır. Bu kitaba həm keyfiyyəti idarəetmə sisteminin tətbiqinə, həm də təşkilatda ümumi idarəetmənin effektivliyinin artırılmasına kömək edəcək misal, təsvir və variantlar daxil edilib. Kitabdakı şərh və tövsiyələr ISO 9001:2015-də verilən keyfiyyəti idarəetmə sisteminin modelinə uyğunlaşdırılıb.
Təqdim edilən materialın idarəetmə ixtisasları üzrə təhsil alan tələbə-müəllim heyəti, keyfiyyət və idarəetmə sahəsində çalışan mütəxəssis, məsləhətçi, auditor və təlimçilər, habelə sahibkarlar üçün faydalı ola biləcəyi nəzərə alınaraq hazırlanıb. Bu kitab dövlət və özəl təşkilatlar da daxil olmaqla, ölçüsündən və növündən asılı olmayaraq bütün təşkilatlar tərəfindən istifadə edilə bilər.
Kitabın cildi: Nazik
Səhifə sayı: 386
Müəllif: “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi
Çap olunduğu nəşriyyat: “Şərq-Qərb” ASC
İl: 2023
Satış qiyməti: 19.90 azn
Əlaqə nömrəsi: +994 55 220 79 03/+994 55 220 94 09
