E-mağaza

Kİtablar

“Keyfiyyət Assosiasiyası” maarifçilik məqsədilə bir sıra kitabların
işlənib hazırlanması ilə məşğuldur. Həmin kitabları əldə etmək üçün
Assosiasiyamıza müraciət edə bilərsiniz:

ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr

“ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabında ISO 9001:2015 standartının maddələrinin peşəkar şərhi və təhlili verilmiş, onların praktiki tətbiqi məsələlərinə geniş yer ayrılmışdır. Bu kitaba həm keyfiyyəti idarəetmə sisteminin tətbiqinə, həm də təşkilatda ümumi idarəetmənin effektivliyinin artırılmasına kömək edəcək misal, təsvir və variantlar daxil edilib. Kitabdakı şərh və tövsiyələr ISO 9001:2015-də verilən keyfiyyəti idarəetmə sisteminin modelinə uyğunlaşdırılıb.

Təqdim edilən material idarəetmə ixtisasları üzrə təhsil alan tələbə-müəllim heyəti, keyfiyyət və idarəetmə sahəsində çalışan mütəxəssis, məsləhətçi, auditor və təlimçilər, habelə sahibkarlar üçün faydalı ola biləcəyi nəzərə alınaraq hazırlanıb. Bu kitab dövlət və özəl təşkilatlar da daxil olmaqla, ölçüsündən və növündən asılı olmayaraq bütün təşkilatlar tərəfindən istifadə edilə bilər.

Kitabın cildi: Nazik

Səhifə sayı: 386

Müəllif: “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi

Çap olunduğu nəşriyyat: “Şərq-Qərb” ASC

İl: 2023

Satış qiyməti: 19.90 azn

Əlaqə nömrəsi: +994 55 220 79 03/+994 55 220 94 09

Əldə et

Image description

İdarəetmə sistemlərinin daxili auditi

Kitabda daxili auditin mahiyyəti, məzmunu, məqsəd və vəzifələri, onun metodoloji prinsipləri, daxili auditin təşkili və keçirilməsi qaydaları və sairə kimi məsələlər öz əksini tapıb. Kitab hazırlanarkən audit üzrə beynəlxalq və milli standartların tələbləri nəzərə alınıb, habelə bu sahədə ixtisaslaşmış nüfuzlu xaricivə yerli təşkilatların işləyib hazırladıqları standartlara, metodikalara, tövsiyələrə, peşəkar auditorların, ekspertlərin təcrübəsinə müraciət edilib. Kitabda daxili audit üçün zəruri olan sənəd nümunələri verilib ki, bu da daxili audit prosesinin sənədləşdirilməsi zamanı auditə cavabdeh şəxslər tərəfindən istifadə edilə bilər.

Təqdim edilən material idarəetmə ixtisasları üzrə təhsil alan tələbə-müəllim heyəti, keyfiyyət və idarəetmə sahəsində çalışan auditorlar, mütəxəssis, məsləhətçi, və təlimçilər, habelə sahibkarlar üçün faydalı ola biləcəyi nəzərə alınaraq hazırlanıb. Bu kitab dövlət və özəl təşkilatlar da daxil olmaqla, ölçüsündən və növündən asılı olmayaraq bütün təşkilatlar tərəfindən istifadə edilə bilər.

Kitabın cildi: Nazik

Səhifə sayı: 204

Müəllif: “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi

Çap olunduğu nəşriyyat: “Şərq-Qərb” ASC

İl: 2024

Satış qiyməti: 19.90 azn

Əlaqə nömrəsi: +994 55 220 79 03/+994 55 220 94 09

Əldə et

Image description

Partners