Fərdi və korporativ
üzvlük
“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi Azərbaycanda keyfiyyət məsələlərilə məşğul olan və bu məqsədlə bir çox mütəxəssisi öz ətrafında birləşdirən yeganə qeyri-hökumət təşkilatıdır. Təşkilat ölkəmizdə keyfiyyət sahəsində fəaliyyət göstərən və ya gələcəkdə adı çəkilən sahədə karyera qurmaq istəyən şəxsləri, habelə keyfiyyət təfəkkürlü şirkət və təşkilatları Assosiasiyaya üzv olmağa dəvət edir.
ÜZVLÜK AXIŞ SXEMİ
-
Üzvlük üçün müraciət
-
Üzvlük sənədlərinə baxılması
-
Sənədlərin idarə heyətinə təqdim edilməsi
-
Üzvlüyə idarə heyəti tərəfindən baxılması
-
İdarə heyəti tərəfindən üzvlüyün təsdiq edilməsi
-
Üzvə kart və sertifikatın təqdim edilməsi
Fərdi üzvlük paketləri
-
Tam üzv
Tam üzv Assosiasiyanın idarəetmə orqanlarına üzv seçmək, habelə onlara üzv seçilmək imkanı qazanır.
İllik /150Daha ətraflı -
Peşəkar üzv
Peşəkar üzvlər Assosiasiyanın təqdim etdiyi faydalarla yanaşı səsvermə hüququnu əldə edir!
İllik /120Daha ətraflı -
Standart üzv
Standart üzvlər peşəkar inkişaf, biliklərə yiyələnmə və keyfiyyət şəbəkəsinə üzv olmanın sevincini yaşayırlar.
İllik /80Daha ətraflı -
Tələbə üzv
Tələbələr biliklərini artırmağa və karyera qurmağa kömək edəcək keyfiyyət şəbəkəsinə qoşulmaqdan məmnundur!
İllik /20Daha ətraflı
Korporativ üzvlük paketləri
-
Qızıl üzv
Assosiasiyaya üzv olmaqla korporativ üzvlər üçün təqdim etdilən bütün resurslardan ən üstün şərtlər və güzəştlərlə yaralanın!
İllik /1500Daha ətraflı -
Gümüş üzv
Assosiasiyaya üzv olun! Üzvlüyün işçilərinizə və sizə verdiyi faydalardan yararlanmaqla fəaliyyətinizin effektivliyini artırın!
İllik /1200Daha ətraflı -
Standart üzv
Keyfiyyət şəbəkəmizin bir üzvünə çevrilməklə özünüzün və işçilərinizin performansını artırın!
İllik /800Daha ətraflı
Ödəniş qaydaları
Assosiasiyaya üzv olmaq üçün ilk dəfə müraciət edən şəxslər
seçdikləri üzvlük növünə uyğun illik ödənişləri üzvlüyə qəbul olunduğu
gün, artıq üzv olan şəxslər isə üzv olduğu tarixdən gec
olmayaraq baş ofisə təqdim etməlidirlər.