FƏXRİ ÜZVLÜK

FƏXRI ÜZVLƏR

“Fəxri üzv” Assosiasiyanın ən ali dərəcəli üzvlük növüdür. Bu üzvlük növü beynəlxalq aləmdə və ölkəmizdə keyfiyyət və idarəetmə sahəsində məxsusi xidmətlər göstərən şəxslərə təqdim edilir. “Fəxri üzv” adı namizədlərə “Keyfiyyət Assosiasiyası”nın idarə heyətinə daxil olan şəxslərin hamısının yekdil qərarı əsasında gizli səsvermə yolu ilə verilir.

Image description

Qreqori Harris Vatson

http://www.gregoryhwatson.eu

Strateji idarəetmə və keyfiyyət sahəsində dünyanın ən tanınmış alimlərindən biri, Beynəlxalq Keyfiyyət Akademiyasının (BKA) prezidentidir. ASQ (Amerika Keyfiyyət Cəmiyyəti) 2001-ci ildə Q. Vatsonu “Keyfiyyət haqqında bilgilər sisteminin inkişafında qiymətli əməyinə görə” Lankaster medalı ilə mükafatlandırmışdır. 2000-ci ildə ABŞ-ın nüfuzlu “Quality Progress” jurnalı Dr. Vatsonu idarəetmə və keyfiyyət sahəsindəki fəaliyyətinə görə XXI əsrdə dünyanın ən effektiv ekspert-məsləhətçiləri siyahısına daxil etmişdir.

Partners