Keyfiyyət tv

Assosiasiya idarə heyətinin üzvü Ümumdünya Ərzaq Təşkilatının (FAO) layihəsi çərçivəsində təqdimat keçirib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsinə başlanılıb. Sözügedən layihə ilə bağlı onlayn görüş keçirilib.

Bu görüşdə Keyfiyyət Assosiyasiyasının İdarə Heyəti üzvü olan Şamo Muradov çıxış edərək tədbir iştirakçılarına keyfiyyət və qida təhlükəsizliyinə dair məlumat verib. Daha sonra benefisiyarların mövzu ilə əlaqədar problemləri dinlənilib və sualları cavablandırılıb. Tədbirdə Azərbaycan Arıcılıq Assosiayasının sədri, Azərbaycan Kənd Qadınları Assosiayısının sədri, bölgədə olan Qadın qrup üzv və rəhbərləri, kənd icma nümayəndələri və fermerlər iştirak edib.

Qeyd edək ki, sözügedən layihə Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.