15 sentyabr 2020 -ci il tarixində BMT-nin Qlobal Sazişinin (UN Global Compact) Yerli Şəbəkə İdarəetmə Komitəsi adından onlayn formada məlumat sessiyası keçirilib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkil etdiyi məlumat sessiyasına BMT-nin Qlobal Sazişinin Nyu Yorkda yerləşən Baş Qərargahından, BMT-nin Rezident Əlaqələndiricisi Ofisindən və Azərbaycandan BMT-nin Qlobal Sazişinin yeganə Lider şirkəti olan SOCAR AQŞ-nin nümayəndələri qatılıblar. Bu tədbirdə Keyfiyyət Assosiasiyası İctimai Birliyindən təşkilatın sədri Samir Novruzlu iştirak edib.
Qeyd edək ki, BMT-nin Qlobal Sazişi 170-dən çox ölkədə 13,000-dən artıq korporativ iştirakçının və digər maraqlı tərəflərlin təmsil olunduğu dünyanın ən böyük korporativ dayanaqlılıq təşəbbüsüdür. BMT-nin Qlobal Sazişinin Yerli Şəbəkələri şirkətlərdə dayanıqlılığı əsaslı səviyyədə inkişaf etdirir və şirkətlərə məsuliyyətli biznesin milli kontekstdə nə demək olduğunu başa düşməyə kömək edirlər. Həm yerli, həm də çoxmillətli korporasiyaların törəmə şirkətlərinə BMT-nin Qlobal Sazişinin on prinsipinin həyata keçirilməsində dəstək verir, dayanıqlılıq problemləri və imkanlarını müəyyənləşdirir və fəaliyyət üçün praktik rəhbərlik göstərirlər.
