Keyfiyyət tv

Assosiasiya üzvləri ISO 9001:2015 standartının bəzi maddələrini müzakirə etdi

ISO 9001:2015 standartını tətbiq etmiş müəssisələr üçün keyfiyyəti idarəetmə sisteminin performansının təhlil edilməsi və qiymətləndirilməsi qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi, siyasət və məqsədlərin reallaşdırılması, bütövlükdə müəssisənin fəaliyyətinin yaxşılaşdırılması və effektivliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Müəssisə və təşkilatların standartın 9-cu maddəsinə yanaşmada üzləşdikləri müəyyən çətinliklər, müvafiq nəticələrin təmin edilməsi üçün zəruri olan verilənlərdən və məlumatlardan düzgün istifadə edilməsinin aktuallığını artırır. Bu məsələnin müəssisə və mütəxəssislər üşün əhəmiyyətini nəzərə alaraq Keyfiyyət Assosiasiyası tərəfindən ISO 9001:2015 beynəlxalq standartının 9-cu maddəsinin 9.1.3 Təhlil və qiymətləndirmə və 9.3 Rəhbərlik tərəfindən təhlil alt maddələrinin müzakirəsi keçirilib. Müzakirədə ölkəmizin ayrı-ayrı sektorlarının təmsil edən mütəxəssis və ekspertlər iştirak ediblər. Müzakirənin keçirilməsində məqsəd mütəxəssisləri təhlil və qiymətləndirmənin həm nəzəri, həm də praktiki aspektləri barədə məlumatlandırmaq idi. Müzakirə zamanı iştirakçılara verilənlərin və məlumatların toplanılması qaydaları, habelə monitorinq və ölçmədə istifadə olunan metodlarlarla bağlı geniş məlumat verilib və mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb, maraqlı təkliflər səsləndirilib. Müzakirədə çıxış edənlər mövzunun aktuallığını, müəssisə və mütəxəssislər üçün onun tətbiqinin əhəmiyyətini, bu istiqamətdə müzakirə, təqdimat, dəyirmi dəyirmi masa və digər tədbirlərin davam etdirilmə zərurətini qeyd ediblər.