Keyfiyyət tv

Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu FAO-nun  tədbirində iştirak edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsinə başlanılıb. Sözügedən layihə ilə bağlı onlayn görüş keçirilib.

Görüşdə FAO-nun, Aİ-nın, Dünya Bankının, Kənd Təsərrüfatı Nazirliyinin, bir sıra beynəlxalq layihələrin nümayəndələri, qeyri-hökumət təşkilatlarının, fermer assosiasiyalarının, özəl təşkilatların rəhbərləri iştirak ediblər. “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu FAO-nun bu tədbirində iştirak edib. Tədbirdə dəyər zəncirinin inkişaf etdirilməsi vasitəsilə aqrar-qida sektorunun potensialı və inkişafı məsələləri müzakirə olunub.

Xatırladaq ki, Zaqatala, Qax və Balakən rayonlarını əhatə edəcək layihənin əsas məqsədlərindən biri bu regionu ölkədə tanınan və kənd təsərrüfatı məhsullarının istehsalı üzrə dəyər zəncirlərinin yaradılmasına dəstək verən bir region olaraq tanıtmaqdır.