Tədbirlər

Avropa Keyfiyyət Təşkilatı (EOQ) 63-cü Konqresi

Zaman keçdikcə keyfiyyət haqqında fikirlər dünyanın müxtəlif yerlərində, fərqli-fərqli müəssisələrdə və fəaliyyət sektorlarında müxtəlif cür qavranılır. Müxtəlif ölkə və sektorları təmsil edən peşəkarların fikirləri ilə tanış olmaq, məlumat mübadiləsini təmin etmək üçün Portuqaliyanın paytaxtı olan Lissabon şəhərində təşkil ediləcək bu tədbirə qatıla bilərsiniz.

Konqres Portuuqaliya Keyfiyyət Assosiasiyası (APQ) tərəfindən təşkil ediləcəkdir. Tədbir zamanı təşkil edilən sesiyalarda yeni keyfiyyət idea və konsepsiyaları, keyfiyyət standartları və modelləri, keyfiyyət alətləri və tətbiqləri, verilənlərlə idarə edilən keyfiyyət və digər mövzular üzrə çıxışlar olacaq və müzakirələr aparılacaqdır.

Tədbir haqqında daha geniş məlumatı aşağıdakı internet səhifəsindən əldə edə bilərsiniz:
https://eoqcongress2019.apq.pt/

Tərəfdaşlar