Keyfiyyət tv

Azertexnolayn MMC-nin laboratoriyası ABŞ-ın nüfuzlu akkreditasiya qurumu tərəfindən akkreditasiya olunub

Keyfiyyət Assosiasiyası tərəfindən Azertexnolayn MMC-də "ISO 17020:2012. Uyğunluğun qiymətləndirilməsi - Müxtəlif növ inspeksiya orqanlarının fəaliyyətinə olan tələblər" adlı beynəlxalq standart üzrə məsləhət layihəsi uğurla başa çatmışdır.

Sözügedən layihə çərçivəsində Assosiasiyanın mütəxəssisləri tərəfindən Azertexnolayn MMC-nin laboratoriyasında diaqnostik audit və mövcud idarəetmə sisteminin təhlili aparılmış, müəssisənin əməkdaşlarına qeyd olunan standart üzrə müvafiq təlim keçirilmiş, ISO 17020 üzrə sənədlərin işlənilməsi üzrə metodiki tövsiyələr verilmiş, həmçinin sistemin yekun qiymətləndirilməsi və laboratoriyanın akkreditasiyaya hazırlanması ilə bağlı zəruri işlər görülmüşdür. Məhz bu işlərin nəticəsi olaraq laboratoriyada ISO 17020 standartının tələblərinə uyğun olaraq akkreditasiya auditi uğurla başa çatmış və nəhayət laboratoriya ABŞ -ın nüfuzlu akkreditasiya qurumu tərəfindən sözügedən standart üzrə akkreditasiya olunmuşdur.