Keyfiyyət tv

Əmtəə bazarının səmərəliliyi üzrə işçi qrupunun iclası keçirilib

2021-ci il yanvarın 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi üzrə işçi qrupunun onlayn formada iclası keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyevin və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəylinin iştirakı ilə keçirilən iclasda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı”nın layihəsinin “Doing Business” hesabatının dövlət satınalmaları bölməsinin (Təkliflərin cəlb edilməsi (“Bidding phase”) mərhələsi üzrə) yenidən işlənilməsi, mövcud vəziyyət və imkanlar nəzərə alınaraq dövlət satınalmaları sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsinə dair (Təkliflərin cəlb edilməsi (“Bidding phase”) mərhələsi üzrə normativ hüquqi akt layihələrinin hazırlanması məsələləri müzakirə olunub, həmçinin bununla bağlı iclas iştirakçılarının rəy və təklifləri dinlənilib. İclasda Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu iştirak edib.

Onu da qeyd edək Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılıb və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi həmin komissiyanın “Əmtəə bazarının səmərəliliyi və rəqabət” adlı işçi qrupuna daxil edilib.