Keyfiyyət tv

Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun onlayn iclası keçirilmişdir

2 noyabr 2020-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun iclası keçirilmişdir. İclasda Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu iştirak etmişdir.

“Zoom” onlayın platforması vasitəsi ilə keçirilmiş iclasda təbii inhisarçı müəssisələrin fəaliyyətinin səmərəliliyinin artırılması üçün təhlillərin aparılması və korporativ idarəetmənin təkmilləşdirilməsi, haqsız rəqabətin əlamətləri barədə istehlakçıların və sahibkarlıq subyektlərinin məlumatlandırılması və onların haqsız rəqabətin qarşısının alınmasında iştiraka təşviq edilməsi, rəqabəti məhdudlaşdıran halların müəyyən edilməsi və aradan qaldırılması üzrə bazar araşdırmalarının aparılması, nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi və aidiyyəti üzrə təkliflərin verilməsi,ölkədə istehlakçıların hüquqlarının qorunması ilə bağlı mütəmadi maarifləndirmə işlərinin aparılması, alıcıların maarifləndirilməsi üzrə aidiyyəti qurumlar tərəfindən silsilə tədbirlərin həyata keçirilməsi, istehlak mallarının sertifikatlaşdırılmasına, dəqiq markalanmasına, hər bir malın üzərində ətraflı və rəsmi dövlət dilində məlumatların yerləşdirilməsinə nəzarətin gücləndirilməsi, yerli bazarlara müvafiq mal (iş və xidmət) növü üzrə yeni iştirakçılarının daxil olması prosedurlarının təkmilləşdirilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, dövlət qurumlarının informasiya ehtiyatlarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilməsi hədlərinin müəyyən edilməsi və inteqrasiya istiqamətində işlərin davam etdirilməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları, publik hüquqi şəxslər və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan qurumlar tərəfindən dövlət satınalmaları üzrə keçirilməli olan illik tender planlarının Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi ilə bağlı zəruri tədbirlərin davam etdirilməsi və bu sahədə nəzarətin gücləndirilməsi, dövlət satınalmaları üzrə qanunvericiliyə edilmiş dəyişikliklərə, o cümlədən vahid internet portalına dair təsərrüfat subyektləri, aparıcı konsaltinq şirkətləri, sahibkar birlikləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları, aparıcı kütləvi informasiya vasitələri və digər media qurumları üzrə maarifləndirmə tədbirlərinin davam etdirilməsi və dəyişikliklərə dair məlumatların KİV-də , sosial şəbəkələrdə yayımlanması, beynəlxalq reytinqlər üzrə sorğularda iştirak edən şirkətlərlə (rezident və qeyri-rezident) müvafiq sahədə mütəmadi əməkdaşlığın təmin olunması, hesabatı hazırlayan ekspert və ya qiymətləndirmə qrupu ilə əməkdaşlığın qurulması və ölkədəki mövcud göstərici və ya qanunvericilik tələbi barədə dəqiq məlumatların Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyi ilə razılaşdırmaqla onlara çatdırılması məsələləri müzakirə olunmuşdur.

Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi həmin komissiyanın “Əmtəə bazarının səmərəliliyi və rəqabət” adlı işçi qrupuna daxil edilmişdir.