5 sentyabr 2020-ci il tarixində Keyfiyyət Assosiasiyası və İNCERT MMC-nin təşkilatçılığı ilə FSSC 22000 “Qida təhlükəsizliyi sisteminin sertifikatlaşdırılması” beynəlxalq standartının 5-ci versiyası üzrə onlayn təlim keçirilib.
Təlimdə ölkəmizin aparıcı qida şirkətlərinin əməkdaşları iştirak ediblər. İngilis dilində keçirilən təlimdə iştirakçılara FSSC 22000-nin 5-ci versiyasına giriş, FSSC 22000 və GFSI standartlar ailəsi, FSSC 22000-nin 5-ci versiyasının tələbləri, qida müdafiəsi və qida dələduzluğu hallarının azaldılması, FSSC 22000-nin 5-ci versiyasına edilən dəyişikliklərin icmalı, ISO 22000:2018 və ISO 22002 standartının müvafiq tələbləri barədə ətraflı məlumat verilib, həmçinin qeyd olunan mövzularda müzakirələr aparılıb.

