Keyfiyyət tv

"Ağdaş Yem Fabriki"ndə ISO 22000:2018 beynəlxalq standartı üzrə təlim keçirilib

24-25 oktyabr 2020-ci il tarixlərində “Keyfiyyət Assosiasiyası” tərəfindən “Ağdaş Yem Fabriki”ndə “ISO 22000:2018 Qida təhlükəsizliyi idarəetmə sistemləri – Qida zəncirindəki bütün təşkilatlara tələblər” beynəlxalq standartı üzrə təlim keçirilib.

Təlimdə şirkətin struktur bölmələrinin əməkdaşları iştirak edib. Təlim zamanı iştirakçılara qida təhlükəsizliyi üzrə beynəlxalq standartlar, HACCP prinsipləri və HACCP-ın 12 addımı, ISO 22000 standartının tələbləri, standartın hazırkı versiyası ilə 2005-ci il versiyası arasındakı fərqlər, qida təhlükəsizliyi idarəetmə sistemi, qida təhlükəsizliyini idarəetmə sisteminin tətbiq sahəsi, qida təhlükəsizlyi üzrə siyasət, təşkilati vəzifə, məsuliyyət və səlahiyyətlər, planlaşdırma, risk və imkanlar, qida təhlükəsizliyi idarəetmə sisteminin məqsədləri, sənədləşdirilmiş informasiya, ilkin şərtlər proqramı, izlənə bilmə, fövqaladə vəziyyətlərə hazırlıq və onlara reaksiya verilməsi, təhlükənin idarə edilməsi, təhlükənin idarə edilməsi planı (HACCP/OPRP planı), verifikasiya və validasiya, geri çəkmə/geri çağırma, uyğunsuzluq və düzəldici fəaliyyət, davamlı yaxşılaşdırma barədə ətraflı məlumat verilib, müzakirələr aparılıb, həmçinin qeyd olunan mövzular üzrə qrup şəklində çalışmalar yerinə yetirilib.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

Tərəfdaşlar