Keyfiyyət tv

HALAL mövzusunda növbəti təlimimiz keçirilib.

“Azerbaijan Poultry Company” MMC -də “HALAL standartlar və HALALLIĞI təminetmə sistemi” mövzusunda təlim keçirilib.

“Keyfiyyət Assosiasiyası ”İctimai Birliyi tərəfindən "Mərcan" markası ilə məşhur olan “Azerbaijan Poultry Company” MMC -də “HALAL standartlar və HALALLIĞI təminetmə sistemi” mövzusunda təlim keçirilib. Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlunun apardığı təlimdə müəssisənin müxtəlif struktur bölmələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər. Təlim zamanı halal - haram məsələləri, halal qida, qlobal halal standartları arasındakı fərqlər, halal standartların tətbiqi, xammalın qəbulu, halal standartların tətbiqi ilə bağlı qabaqcıl beynəlxalq təcrübə, halal sertifikatlaşdırma prosesi və onun mərhələləri, toyuq əti istehsalında halallığı təminetmə, heyvan və ev quşları üçün kəsim qabağı şərtlər, halal kəsim, halal kəsim ilə bağlı tələblər, halal kəsimin əhəmiyyəti, halal kəsimi yerinə yetirən şəxslərə, kəsmə alətlərinə qoyulan tələblər, kəsimin şərtləri, elektriklə keyləşdirmə, mexaniki və pnevmatik keyləşdirmə kimi mövzulara toxunulub, həmçinin iştirakçılara halal standartların tətbiqi ilə bağlı praktiki tövsiyələr verilib.

Qeyd edək ki, Azərbaycanın ən böyük quş əti istehsalçılarından biri olan və istehlakçıları “Mərcan” markası altında keyfiyyətli toyuq əti ilə təmin edən “Azerbaijan Poultry Company” MMC öz fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirir.