ISO 22000:2018 beynəlxalq standartının yeni versiyası əsasında AZS ISO 22000:2022 “Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” dövlət standartı qəbul edilib.
“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi mütəxəssislərinin işləyib hazırladığı yeni standartın layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) tərəfindən təsdiqlənib və standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Keyfiyyət Assosiasiyası olaraq bu sənəd layihəsinin işlənib hazırlanmasında iştirak edən aşağıdakı şəxslərə, o cümlədən "Səba" ASC və "İNCERT" MMC şirkətlərinə öz dərin təşəkkürümüzü bildiririk:
Layihə rəhbəri
Samir Novruzlu - “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin idarə heyətinin sədri
“Qida təhlükəsizliyinin idarə edilməsi” üzrə işçi qrupunun rəhbəri
Şamo Muradov – “İNCERT” MMC sertifikatlaşdırma orqanının direktoru, qida təhlükəsizliyi üzrə baş auditor
Qrup üzvləri
Yusif Həkimov – Qida mühəndisi, kəsim, ət emalı, halal istehsal və qida təhlükəsizliyi üzrə məsləhətçi
Hikmət Rəcəbli – “E-QMC” MMC-nin direktoru
Fərid İsayev – İdarəetmə sistemləri üzrə müstəqil məsləhətçi, auditor və təlimçi
Ruslan Qurbanov – Qida təhlükəsizliyi idarəetmə sistemləri üzrə məsləhətçi, təlimçi və auditor
Elsevər Fərzəliyev – Qida təhlükəsizliyi üzrə ekspert, İEFD, professor
Əmikişi Hüseynov – Qida təhlükəsizliyi üzrə məsləhətçi, təlimçi və auditor
Şəhla Yusifzadə – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyin Bakı regional bölməsinin Qida Təhlükəsizliyinə Nəzarət şöbəsinin müdiri
Qalib Şərifov – “Aqrar Tədarük və Təchizat” ASC-də keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri, İEFD
Hacıbəy Ağamalıyev – İdarəetmə sistemləri üzrə məsləhətçi, təlimçi və auditor
Keyfiyyət Assosiasiyası olaraq Biz qida təhlükəsizliyi sahəsində ən populyar və vacib standartlardan biri olan ISO 22000:2018-in ikinci nəşri ilə eyni olan AZS ISO 22000:2022-in tətbiqinin ölkəmizdə qida məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin idarə edilməsi və bu sahə üzrə qida zəncirində iştirak edən təşkilatların fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına, həmçinin qida məhsullarının keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyinə qəti şəkildə inanırıq.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət dövlət Xidməti və Azərbaycan Standartlaşdırma İnstitutunun bu mövzu ilə bağlı press-relizləri ilə aşağıdakı linklərə daxil olmaqla, tanış ola bilərsiniz:
https://competition.gov.az/az/post/368/qida-tehlukesizliyine-dair-yeni-dovlet-standarti-qebul-edilib
http://azstand.gov.az/az/news/283