Keyfiyyət tv

INFRACON MMC-də inteqrasiya olunmuş idarəetmə sisteminin auditi keçirilib

15-16 fevral 2021-ci il tarixlərində İNFRACON MMC-də ISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq standartları üzrə inteqrasiya olunmuş idarəetmə sistemlərinin daxili auditi keçirilib.

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin mütəxəssisləri tərəfindən keçirilən audit zamanı şirkətdə tətbiq edilən inteqrasiya edilmiş idarəetmə sisteminin mövcud vəziyyəti, sənədləşdirilməsi, struktur bölmələrinin fəaliyyətlərinin adı keçən standartların tələblərinə uyğunluğu və adekvatlığı yoxlanılıb, həmçinin, seçmə üsulu ilə şirkətin layihələrinə baxış keçirilib.