Keyfiyyət tv

ISO 14001:2015 beynəlxalq standartı üzrə təlim keçirilib

18-19 mart 2022-ci il tarixində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən ISO 14001:2015 beynəlxalq standartı üzrə növbəti təlim keçirilib.Təlimdə “Heavy Crane FZE” və “İNCERT” şirkətinin əməkdaşları iştirak edib.

Təlim zamanı iştirakçılara ətraf mühitlə bağlı əsas anlayışlar, ətraf mühiti idarəetmə sistemi və ISO 14001:2015 standartı, ISO 14001:2015 standartındakı əsas dəyişikliklər, ətraf mühit üzrə qanunvericilik, ətraf mühit siyasəti, ətraf mühit aspektləri, risk və imkanlarla bağlı tədbirlər, ətraf mühit üzrə məqsədlər və onlara çatmaq üçün planlaşdırma, resursların idarə edilməsi, ətraf mühit ilə əlaqədar əməliyyat proseslərinin planlaşdırılması və idarə edilməsi, fövqəladə hallara hazırlıq və cavab tədbirləri, daxili audit, rəhbərlik tərəfindən təhlil, uyğunsuzluq və düzəldici fəaliyyətlər, davamlı yaxşılaşdırma ilə bağlı ətraflı məlumat verilib, eyni zamanda yuxarıda qeyd olunan mövzular ətrafında marağlı müzakirələr aparılıb.

Mövzuların daha yaxşı qavranılması üçün praktiki nümunələrdən və interaktiv metodlardan istifadə olunub, ISO 14001:2015 standartının tətbiqi ilə bağlı qrup çalışmaları yerinə yetirilib.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

Tərəfdaşlar