Keyfiyyət Assosiasiyası tərəfindən ISO/IEC 17020:2012 beynəlxalq standartı üzrə onlayn təlim keçirilib. Təlimdə Azertexnolayn, PMD Projects, İNCERT, Texniki Uyğunluğun Verifikasiyası - TUV, Caspian Inspection Company, ARPA Consulting şirkətlərinin nümayəndələri iştirak ediblər.
23 nəfərin qatıldığı təlimdə iştirakçılara uyğunluğun qiymətləndirilməsi anlayışı, uyğunluğu qiymətləndirmə orqanları, akkreditasiya və sertifikatlaşdırma, onlar arasındakı fərq, beynəlxaq akkreditasiya qurumları, ISO / IEC 17020:2012 standartının tətbiq sahəsi, inspeksiya orqanlarının növləri, inspeksiya zamanı tərəfsizlik və müstəqillik, konfidensiallıq, inspeksiya metodları və prosedurları, idarəetmə ilə bağlı tələblər, resurslar və proseslərlə bağlı tələblər, idarəetmə sistemi ilə bağlı tələblər, rəhbərlik tərəfindən təhlil, inspeksiya üzrə qeydlər, hesabatın hazırlanması ilə bağlı ətraflı məlumat verilib, həmçinin qeyd olunan mövzularda müzakirələr aparılıb.
