Keyfiyyət Assosiasiyası tərəfindən işlənib hazırlanmış ISO 22000:2018 və ISO 45005:2020 standartlarının tərcümə və elmi-texniki redaktə olunmuş mətnləri təsdiq olunmaq üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edilib.
Sözügedən sənədlərlə tanış olmaq, eyni zamanda rəy və təkliflərizi bildirmək üçün aşağıdakı elektron ünvanına ümraciət edə bilərsiniz.
http://azstand.gov.az/az/static/14
Bu sənədlərlə bağlı rəy və təkliflərin alınması üçün 60 günlük müddət müəyyən edilib. Rəy və təkliflər alındıqdan sonra sözügedən sənədlərin dövlət standartı (AZS) olaraq təsdiqlənməsi nəzərdə tutulur.

