ISO 9001:2015 Keyfiyyəti idarəetmə sistemləri - Tələblər mövzusunda təlim keçirilib

4 -5 mart 2022-ci il tarixlərində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən ISO 9001:2015. Keyfiyyəti idarəetmə sistemləri - Tələblər mövzusunda növbəti təlim keçirilib. Təlimdə “Heavy Crane” MMC, “Ecotech” MMC, “Mesa Academy” MMC və “AZEA group” MMC-nin əməkdaşları iştirak edib.

Təlimdə keyfiyyəti idarəetmə sistemi, onun tətbiq sahəsi, təşkilatın konteksti, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditinin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi və yaxşılaşdırılması və s. mövzular tədris olunub, həmçinin qeyd olunan mövzular üzrə geniş fikir mübadiləsi aparılıb.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

Tərəfdaşlar