“ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr” adlı kitabın təqdimatı olub

Keyfiyyət Assosiasiyası çox uğurlu bir layihəyə imza atıb. Yerli müəssisələrimiz və keyfiyyət sahəsində çalışan mütəxəssislərimiz üçün praktiki bələdçi rolunu oynayacaq“ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr” adlı kitab nəşr olunub. Ölkəmizdə ilk dəfə azərbaycan dilində belə bir kitabın – mükəmməl metodiki vəsaitin hazırlanması təbii ki, təqdirə şayan bir hadisədir.

24 iyun 2023-cü il tarixində “ISO 9001:2015. Şərh və tətbiq üzrə tövsiyələr” adlı kitabın təqdimatı keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının zalında keçirilib.

Tədbirdə Azərbaycanın dövlət qurumlarının - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Standartlaşdırma İnstitutunun, Azərbaycan Akkreditasiya Mərkəzinin, Azərbaycan Metrologiya İnstitunun, “Azərenerji” QSC-nin həmçinin özəl sektoru təmsil edən şirkətlərin – “AzlTelekom” MMC-nin, “ Azərsun Holding” MMC-nin, “Socar -STP” -nin, “Bos şelf” MMC-nin, “PMD Group” MMC-nin, “GiLTEX” MMC-nin, Gəncə Avtomobil zavonunun, Veysəloğlu Şirkətlər Qrupunun, “Norm” ASC-nin, “METAK” şirkətinin, “Sağlam Ailə” MMC-nin, “Xonça” MMC-nin, eləcə də Azərbaycan Sahibkarlar Konfederasiyasının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu qonaqları salamlayaraq Assosiasiyanın fəaliyyətindən, gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən danışdi. Assosiasiya sədri tədbirin keçirilmə məqsədindən, “ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabının hazırlanma zərurətindən, onun müəssisələrimiz və mütəxəssislər üçün nəzəri və praktiki vəsait kimi əhəmiyyəti diqqətə çatdırdı.

Daha sonra söz işçi qrupunun üzvləri Hikmət Rəcəbli, Qalib Şərifov, Şamo Muradov və Sədi Əzizliyə verildi. Çıxışçılar kitabın hazırlanma prosesindən, onun strukturundan, orada istifadə edilən yeni yanaşma və metodlardan, ölkəmizdə beynəlxalq və milli standartların təbliği və tətbiqinə verəcəyi töhfələrdən, mütəxəssislərin ehtiyaclarına tam cavab verən mənbə kimi və tədris vəsaiti kimi istifadə edilə bilcəyindən danışdılar.

Tədbirdə çıxış edən Azərbaycan Standartlaşdırma İnstitutunun şöbə müdiri Gülbacı Əliyeva kitabın yerli müəssisələrimiz və mütəxəssislərimiz üçün əhəmiyyətindən, Keyfiyyət Assosiasiyası ilə Azərbaycan Standartlaşdırma İnstitutu arasındakı səmərəli əməkdaşlıqdan danışdı.

Daha sonra söz alan Assosiasiyanın sədri Samir Novruzlu kitabın sponsoları barədə danışdı. O, Assosiasiyanın bu təşəbbüsünü dəstəklədikləri üçün AzlTelekom, Azərsun Holding və AzərGold şirkətlərinə təşəkkür etdi.

Daha sonda çıxış üçün söz kitabın sponsorlarına verildi. “AzInTelecom” MMC-nin İnsan kapitalının idarə olunması departamentinin direktoru Renat Rüstəmov Azərbaycan dilində çap olunan “ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabının ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən kiçik, orta və iri müəssisələr, eləcə də sahibkarların fəaliyyətlərində daha rahat tətbiq etmələrinə dəstək məqsədilə hazırlandığnı, vəsaitin, eyni zamanda idarəetmə ixtisası üzrə təhsil alan tələbə, magistr və aspirantlar, ali təhsil müəssisələrinin müəllim heyəti və keyfiyyət idarəetmə üzrə çalışan gənc mütəxəssislər üçün də mühüm mənbə olacağına inandığını bildirdi.

Tədbirdə Azərsun Holdingin Keyfiyyət Təminatı Direktorluğunun Rəhbəri Arzu Mahmudov çıxış etdi. O, “ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabının hazırlanmasını uğurlu bir addım, yerli müəssisələrimiz və mütəxəssislərimiz üçün faydalı bir vəsait olacağını qeyd etdi və Azərsun şirkətinin keyfiyyət məsələrinə daim önəm verdiyini, sosial təyinatlı layıhələri həmişə dəstəklədiyini diqqətə çatdırdı.

Tədbirin sonunda çıxış edən Samir Novruzlu sponsorlara və iştirakçılara təşəkkür etdi və gələcəkdə də Assosiasiya tərəfindən bu kimi layihələrin reallaşdırılacağı bildirdi.

Daha sonra tədbir iştirakçılarına “ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabı hədiyyə edildi.

“ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabını əldə etmək istəyən şəxslər Keyfiyyət Assosiasiyasına müraciət edə bilərlər.

Tərəfdaşlar