Kanadadakı həmvətənlərimizlə "keyfiyyət körpüsü"ndə bir araya gəldik

Öz işlərinin peşəkarı olan, özlərinin bilik və təcrübələrini başqa insanlarla bölüşməyi sevən, hər zaman onlara verilən sulları həvəslə cavablandıran, bundan yorulmayan, həmsöhbətlərinə daim xoş ovqat bəxş edən uzaq Kanadada yaşayan həmvətənlərimiz, eyni zamanda həmkarlarımız Fuat bəy Ramazanov və Natella xanım İsazadə "keyfiyyət körpüsü"nün qonağı oldular.

Sentyabırın 16-da zoom platforması üzərindən onlayn formatda təşkil edilən görüş həm maraqlı, həm də yaddaqalan oldu. Görüşün moderatoru olan Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu qonaqları salamlayaraq, dəvəti qəbul edib bu görüşdə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirdi.

Samir Novruzlu bildirdi ki, belə görüşlərin təşkil olunmasında əsas məqsəd uğur qazanmış şəxslərlə müxtəlif aktual mövzular üzrə fikir mübadiləsinin, müzakirələrin aparılması, onların bilik və təcrübələrindən faydalanmaq üçün imkanın yaradılmasıdır.

Daha sonra söz qonaqlara verildi. İlk söz alan Fuat bəy özünün peşəkar fəaliyyəti barədə məlumat verdi.

Assosiasiya üzvləri ilə görüşməkdən məmnunluğunu ifadə edən Fuat bəy Assosiasiyanın fəaliyyətini son vaxtlar yaxından izlədiyini və bu cür peşəkar birliklərin mütəxəssislərin yetirşdirilməsində, onların bilik, bacarıq və təcrübələrinin artırılmasında oynadıqları rolu diqqətə çatdırdı. O, Assosiasiyanın keyfiyyət sahəsinin inkişafı iqtiqamətində apardığı təbliğatı, maarifləndirmə fəallıyyətini və bununla bağlı həyata keçirdiyi dəstək tədbirlərini yüksək qiymətləndirdi.

Sonra çıxış üçün söz Natella İsazadəyə verildi. Natella xanım özünün təhsili, peşəkar fəaliyyəti haqqınaa tədbir iştirakçılarını məlumatlandırdı. Görüş zamanı iştirakçıların sualları əsasında hazırlanmış təqdimat nümayiş etdirildi, həmçinin iştirakçıları maraqlandıran digər suallar mükəmməl şəkildə cavablandırıldı.

Ümumiyyətlə, peşəkar fəaliyyət müstəvisində ciddi irəliləyişlərə nail olmuş insanlarla görüş həmişə maraqlı olur.

Çünki belə görüşlər fəaliyyət sahəsinin müxtəlif aspektlərində iş təcrübəsi, problemlərin kompleks həlli üçün bacarıq və peşəkar təcrübənin inkişaf etdirilməsi, həmçinin insanlarla ünsiyyətin qurulması və iş həyatında da tez-tez qarşıya çıxan çətinliklər barədə onların tövsiyə və təcrübəsindən faydalanmaq imkanı verir.

Bu baxımdan keçirilən görüş həm maraqlı, həm də faydalı oldu. Ən əsası Assosiasiya üzvləri öz karyeralarında ciddi uğurlara imza atmış Fuat bəy və Natella xanımın bilik və təcrübəsindən faydalanmaq imkanı əldə etdilər.

Maraqlı söhbət və müzakirələrlə keçən görüşün sonunda Samir Novruzlu və Assosiasiya üzvləri qonaqlara dərin təşəkkür ediblər. Assosiasiyanın sədri yaxın zamanlarda bu kimi görüşlərin davamlı olaraq keçiriləcəyini və həmin görüşlərdə artıq konkret mövzulara toxunulacağnıı söylədi və qonaqlara maraqlı məlumat və təqdimatlara görə bir daha təşəkkür etdi. Öz növbəsində Fuat bəy və Natella xanım da bu görüşü təşkil etdiyinə görə Samir Novruzluya və Assosiasiyanın üzvlərinə təşəkkürlərini bildirərək uğurlar arzu etdilər.

Tərəfdaşlar