Keyfiyyət Assosiasiyası Azərenerji ASC tərəfindən keçirilmiş tenderin qalibi olmuşdur

Keyfiyyət Assosiasiyası Azərenerji ASC-də ISO 50001:2018 və ISO 45001:2018 beynəlxalq standartları üzrə idarəetmə sistemlərinin işlənilməsi və tətbiqi üzrə məsləhət xidmətlərinin göstərilməsinə dair keçirilmiş tenderin qalibi olmuşdur.

Azərenerji ASC ilə Keyfiyyət Assosiasiyası arasında bağlanmış müqaviləyə əsasən sözügedən standartların tətbiqi üzrə layihəyə artıq start verilmişdir. Bu layihə çərçivəsində Səhmdar Cəmiyyətə məsləhət xidmətinin göstərilməsi və qeyd olunan standartlar üzrə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Məmnuniyyət hissi ilə qeyd etmək istərdik ki, keyfiyyət infrastrukturunun qurulması və beynəlxalq standartların tətbiqi sahəsində 17 illik təcrübəyə və peşəkar komandaya malik Keyfiyyət Assosiasiyası dövlət qurumları ilə qeyd olunan istiqamətlər üzrə səmərəli əməkdaşlığı davam etdirir.

Tərəfdaşlar