Keyfiyyət tv

Keyfiyyət Assosiasiyasının dəstəyi və iştirakı ilə HALAL standartlar üzrə yeni layihə həyata keçirilir

“Keyfiyyət Assosiasiyası”İctimai Birliyi tərəfindən “Ləzzət Broyler” markası ilə məşhur olan “Ləzzət Broyler” MMC-də HALAL standartlar üzrə məsləhət layihəsi uğurla həyata keçirilir.

Məsləhət layihəsinin həyata keçirilməsi prosesində Assosiasiyanın mütəxəssisləri tərəfindən müəssisədə ilkin qiymətləndirmə aparılmış, idarəetmə sisteminin sənədlərinin hazırlanması üzrə metodiki kömək göstərilmiş, həmçinin halal standartların tətbiqi ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Qeyd edək ki, 2011-ci ildə yaradılmış “Ləzzət Broyler” MMC Naxçıvan Muxtar Respublikasında ən iri quş əti istehsalçısıdır. Hazırda müəssisədə mövcud bazar təlabatına uyğun olaraq toyuq əti tabaqda, toyuq əti poşetdə, sinə sümüklü, sinə sümüksüz, qanad, bütün bud sümüklü, bütün bud sümüksüz, bel tirəsi, kürək əti, doğranmış sinə əti, sinə əti şişdə, şorbalıq, mədəcik, ciyər ürək və qarışıq içalat kimi məhsullar istehsal edilir.

Davamlı olaraq yeni texnologiyalara və insan resurslarına sərmayə qoyan “Ləzzət Broyler” MMC hər zaman keyfiyyətə üstünlük verərək bazar payının artmasına, rəqabətə davamlı məhsul istehsalı ilə digər istehsalçılardan öndə olmağa çalışır.

Hazırda daxili bazarı yüksək keyfiyyətli quş əti ilə təmin edın “Ləzzət broyler” MMC istehsal etdiyi məhsulların ləzzətinə, dadına, ekoloji cəhətdən təmiz və təhlükəsiz olmasına görə digər istehsalçılardan fərqlənir.