Keyfiyyət tv

Keyfiyyət Assosiasiyasının hazırladığı növbəti sənəd dövlət standartı olaraq qəbul edildi

Müştəri loyallığının və məmnuniyyətinin artırılması, habelə məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə AZS ISO 10002:2022 “Keyfiyyəti idarəetmə - Müştəri məmnuniyyəti - Təşkilatda şikayətlərin idarə edilməsi üzrə rəhbəredici sənəd”adlı yeni dövlət standartı qəbul edilib.

“Keyfiyyət Assosiyasiyası” İctimai Birliyi tərəfindən işlənib hazırlanan və təqdim edilən standart layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Bu standart şikayətlərin effektiv idarə edilməsi, mübahisələrin həlli və müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi vasitəsilə yüksək müştəri məmnuniyyətini təmin edən daha geniş və inteqrasiya olunmuş strukturu təqdim edir.

ISO 10002:2018 beynəlxalq standartının yeni versiyası əsasında hazırlanan AZS ISO 10002:2022 bütün fəaliyyət növləri (kommersiya və qeyri-kommersiya), o cümlədən elektron ticarət ilə bağlı şikayətlərin effektiv və səmərəli idarəetmə prosesinin işlənib hazırlanması və tətbiqi üzrə beynəlxalq prosedurları ehtiva edir.

Keyfiyyət Assosiasiyası olaraq bu sənəd layihəsinin işlənib hazırlanmasında iştirak edən aşağıdakı şəxslərə öz dərin təşəkkürümüzü bildiririk:

Layihə rəhbəri

Samir Novruzlu - “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin idarə heyətinin sədri

Qrup üzvləri

Hikmət Rəcəbli – “E-QMC” MMC-nin direktoru

Şamo Muradov - “İNCERT” MMC-nin direktoru

Qalib Şərifov – “Aqrar Tədarük və Təchizat” ASC-də keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri, İEFD

Əmir Musayev – “Texniki Uyğunluğun Verifikasiyası – TUV” MMC-nin direktoru, idarəetmə sistemləri üzrə məsləhətçi, auditor və təlimçi

Fərid İsayev – İdarəetmə sistemləri üzrə müstəqil məsləhətçi, auditor və təlimçi

Tərəfdaşlar