Keyfiyyət tv

Keyfiyyət infrastrukturu sahəsində Keyfiyyət Assosiasiyasının dövlət qurumları ilə əməkdaşlığı genişlənir

4 may 2022-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu imzalayıblar.

Memoranduma əsasən tərəflər arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, metrologiya, akkreditasiya və ümumilikdə keyfiyyət infrastrukturu sahəsində işlərin təşkili və təkmilləşdirilməsi, həmçinin bu istiqamətdə birgə tədbirlərin görülməsi nəzərdə tutulur.

Sənəddə, həmçinin əməkdaşlıq çərçivəsində araşdırma və tədqiqatlar yolu ilə yeni texniki normativ sənədlərin işlənib hazırlanması, onların beynəlxalq standartlara və yerli tələbata uyğunlaşdırılması məsələləri də öz əksini tapıb.

Keyfiyyət infrastrukturu sahəsinə marağın və məsuliyyətin artırılması məqsədilə keyfiyyət üzrə “Milli Mükafat”ın təsis edilməsi və qabaqcıl müəssisələrin mükafatlandırılması da sənəddə qeyd olunub.

Əməkdaşlıq çərçivəsində texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, metrologiya, akkreditasiya sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, eləcə də birgə proqramların işlənib hazırlanması və həyat keçirilməsi nəzərdə tutulur.

Tərəfdaşlar