“Siyəzən Broyler” ASC-nin əməkdaşları üçün təlim keçirildi

17 yanvar 2022-ci il tarixində Keyfiyyət Assosiasiyası tərəfindən “Siyəzən Broyler” ASC-də “Halalı təminetmə sistemi və Halal kəsim” mövzusunda təlim keçirilib.

Qəssablar üçün nəzərdə tutulan təlimdə halal kəsim, qlobal halal standartları arasındakı fərqlər, sənayedə halalla bağlı məsələlərin idarə edilməsi və tətbiqi, halal kəsim, halal kəsim ilə bağlı tələblər, halal kəsimin əhəmiyyəti, halal kəsimi yerinə yetirən şəxslərə, kəsmə alətlərinə qoyulan tələblər, cəllalə, halal kəsim zamanı nəzərə alınması vacib olan məqamlar, gigiyena şərtləri, halal kəsimi yerinə yetirən şəxslərin təlim keçməsi, kəsimxanalar üçün halallığın təmin edilməsi sistemi, emal edilmiş məhsullar və sonrakı emaldan keçmiş ət məhsullarında kritik nəzarət nöqtələri, halal üzrə qabaqcıl audit təcrübələri, halal üzrə daxili audit, halal sertifikatlaşdırma sistemi və s. məsələlər barədə iştirakçılara ətraflı məlumat, həmçinin halal kəsimlə bağlı praktiki tövsiyələr verilmişdir.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndikləri biliklər test vasitəsilə sınağdan keçirilib.

Tərəfdaşlar