Keyfiyyət tv

METAK şirkətində ISO 45001 beynəlxalq standartı üzrə təlim keçirilib

17 mart 2022-ci il tarixində Keyfiyyət Assosiasiyası tərəfindən METAK şirkətində “ISO 45001:2018. Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri - Tələblər və tətbiq üzrə rəhbərlik” mövzusunda korporativ təlim keçirilib. Təlimdə şirkətin struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Təlim zamanı iştirakçılara ISO 45001 standartının tələbləri, tətbiq sahəsi, təşkilatın konteksti, risk və imkanlara yönəlik fəaliyyətlər, maraqlı tərəflərin ehtiyac və gözləntiləri, qanunverici tələblər, fəaliyyətin planlaşdırılması və idarə edilməsi, dəyişikliklərin idarə edilməsi, fövqəladə hallara hazırlıq və cavab tədbirləri, performansın qiymətləndirilməsi, daxili audit, uyğunsuzluq və düzəldici fəaliyyət, eləcə də davamlı yaxşılaşdırma kimi mövzular tədris edilib və standartın tətbiqi ilə bağlı tövsiyələr verilib.

Qeyd edək ki,1997 -ci ildən etibarən fəaliyyət göstərən METAK şirkəti tikinti, obyektlərin su-qaz təchizatı və isidilməsi, kanalizasiya sistemi kimi bir çox istiqamətlərdə istifadə olunan müxtəlif məhsulları istehsal edən ölkəmizin ən qabaqcıl müəssisələrindən biridir. Şirkət həmçinin Rusiya və Ukrayna istehsalı olan polad boruların, profillərin, boru birləşmələrinin daxili bazara idxalı və satışı ilə də məşgul olur. Yuxarıda sadalanan fəaliyyətlərlə yanaşı METAK şirkəti Azərbaycan Respublikası ərazisində yüklərin daşınması üzrə nəqliyyat xidmətləri, metalların kimyəvi analizi üzrə xidmət, plastik boruların montajı və tikinti işləri üzrə xidmətlər göstərir.

Tərəfdaşlar