11 iyun 2022-cu il tarixində təşkil olunan təlimdə “Azertexnolayn” MMC, “GAZELLI GROUP” MMC , “METAK” MMC, S O C A R “Azərikimya” İB, “SOCAR Downstream Management” MMC, “Intertek Azeri Ltd” MMC-nin və “Heavy Crane FZE” şirkətinin əməkdaşları iştirak ediblər.
Təlim zamanı insan və müəssisələr üçün ölçmənin rolu, ölçmə, kalibrləmə və metrologiya, ölçmələrlə bağlı normativ-hüquqi aktlar (qanunvericilik, ISO 9001, ISO 14001, ISO 22000, ISO 45001, ISO 17025 beynəlxalq standartları), fiziki kəmiyyətlər və vahidlər sistemi,müəssisələrdə ölçmə və kalibrləmə işinin təşkili və idarə edilməsi,ölçmə vasitələrinin kalibrlənməsi, kalibrləmənin izlənilməsi, kalibrləmə laboratoriyası üçün ətraf mühit şərtləri və s barədə ətraflı məlumat verilib, həmçinin metrologiya və kalibrləmənin aktual məsələlərinə toxunulub.
Təlimdə sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
