Keyfiyyət tv

“Modenis” MMC-də beynəlxalq standartların tətbiqi çərçivəsində daxili audit təlimi keçirilib.

5-7 may 2021-ci il tarixlərində Keyfiyyət Assosiasiyası tərəfindən “Modenis” MMC-də ISO 9001:2015 beynəlxalq standartının 9.2 maddəsinin tələblərinə müvafiq daxili audit təlimi keçirilib. Təlimdə şirkətin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak edib.

Təlim zamanı iştirakçılara ISO 19011 və ISO 9001 beynəlxalq standartlarının qarşılıqlı əlaqəsi, auditin tətbiq sahəsi, prinsipləri, audit proqramının məqsədləri, audit proqramı ilə bağlı risklər, audit proqramının idarə edilməsi, auditin planlaşdırılması, audit qrupunda iş bölgüsü, auditin keçirilməsi, məlumatların toplanılması və yoxlanılması, audit tapıntılarının formalaşdırılması, sənədləşdirilmiş informasiyanın təhlili, auditorların səriştəliliyinin qiymətləndirilməsi, audit üzrə hesabatın hazırlanması və s. məsələlər barədə geniş məlumat verilib.