Keyfiyyət tv

“Modenis” MMC-də ISO 9001:2015 standartı üzrə təlim keçirilib

6-7 və 10-11 avqust 2020-ci il tarixlərində Keyfiyyət Assosiasiyası tərəfindən “Modenis” MMC-də ISO 9001:2015 beynəlxalq standartının tətbiqinə dair məsləhət layihəsi çərçivəsində şirkətin struktur bölmələrinin əməkdaşları üçün sözügedən standart üzrə təlim keçirilib.

Təlim zamanı iştirakçılara ISO 9001:2015 standartının tələbləri, keyfiyyəti idarəetmə sistemi, onun tətbiq sahəsi, təşkilatın konteksti, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, təşkilati vəzifə, məsuliyyət və səlahiyyətlər, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditinin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi və yaxşılaşdırılması ilə bağlı iştirakçılara ətraflı məlumat verilib və qeyd olunan mövzular üzrə geniş müzakirələr aparılıb.

Təlimdə mövzuların daha yaxşı qavranılması üçün praktiki nümunələrdən və interaktiv metodlardan istifadə olunub, eləcə də ISO 9001:2015 standartının təıtbiqi ilə bağlı müvafiq tövsiyələr verilib.

Eyni zamanda ISO 9001:2015 standartı üzrə idarəetmə sisteminin qurulmasının təməl prinsiplərinin öyrənilməsi ilə yanaşı, gələcəkdə bu mövzuda daha dərinləşdirilmiş biliklərin əldə edilməsi üçün müvafiq təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb.