KEYFİYYƏT TV

Oktyabr ayı bir sıra tədbirlərin keçirilməsilə əlamətdar olacaq

Keyfiyyət məsələləri ilə məşğul olan bir sıra milli və regional təşkilatlar Oktyabr ayında bir sıra mövzuları əhatə edən sammit və konfransların təşkilini həyata keçirəcəklər. Keyfiyyət Assosiasiyası olaraq biz yerli mütəxəssislərin bu tədbirlərdə iştirak etmək arzularının ola biləcəyini nəzərə alaraq bir sıra tədbirlər haqqında informasiyanı öz saytımızda yerləşdirməyi qərara aldıq.

Həmin tədbirlər haqqında nisbətən geniş məlumatı bu saytın Tədbirlər səhifəsindən əldə edə bilərsiniz. Aşağıda qeyd olunan tədbirlərin adları, təşkilatçıları, keçirilmə yeri və tarixi haqqında məlumat verilmişdir.

Amerika və Sakit okean ölkələrinin (APQO) 25-ci beynəlxalq konfransı
Konfrans 14-16 Oktyabr 2019-cu ildə İndoneziya respublikasının Bali adasında keçiriləcəkdir.
Tədbir APQO ilə əməkdaşlıq çərçivəsində Keyfiyyət və Məhsuldarlığın idarə edilməsi Assosiasiyası (IQPMA) tərəfindən təşkil ediləcəkdir.

Auditlər: 21-ci əsrdə biznes mükəmməlliyinə rəhbərlik etmək
Konfrans 17-18 Oktyabr 2019-cu ildə Amerika birləşmiş ŞtatlarınınOrlando şəhərində təşkil ediləcəkdir.
Tədbirin təşkilatçısı Amerika Keyfiyyət Cəmiyyətidir (ASQ).

Avropa Keyfiyyət Təşkilatı (EOQ) 63-cü Konqresi
Konfrans 23-24 Oktyabr 2019-cu ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində təşkil ediləcəkdir.
Tədbir Portuqaliya Keyfiyyət Təşkilatı tərəfindən təşkil ediləcəkdir.

Tərəfdaşlar