xəbərlər

"Səba" ASC ISO 22000:2018 beynəlxalq standartının nəşrinə sponsorluq edəcək.

Azərbaycanda istehsal edilən qida məhsullarının keyfiyyəti, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanının 5.5-ci bəndinin icrası məqsədilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019 - 2025-ci illər üçün Dövlət Proqramı” hazırlanıb.

Dövlət Proqramından və Prezidentin sərəncam və fərmanlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə kömək etmək məqsədilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi 2016-cı ildə yeni layihəyə başlamış və bu layihə çərçivəsində Assosiasiyanın aparıcı mütəxəssislərinin, fəal iştirakı ilə ISO 22000:2018 beynəlxalq standarb Azərbaycan dilinə tərcümə olunaraq hazırlanıb. Standartın Azərbaycan dilinə tərcümə olunaraq hazırlanmasında əsas məqsəd ölkəmizdə qida məhsullarının keyfiyyətli və rəqabətə davamlı olması sahəsində maarifçilik işlərinin aparılmasına, yerli müəssisələrimizdə ISO 22000:2018 standarbnın tələblərinin düzgün başa düşülməsinə kömək etməkdən və standartın tətbiqi üzrə fəaliyyətləri dəstəkləməkdən ibarətdir.

Adı çəkilən sənədin çapı etdirilməsinə dəstək əldə etmək məqsədilə bu gün Azərbaycan Respublikasında qida və yem məhsullarının istehsalı sahəsində aparıcı şirkətlərdən biri olan "SƏBA" ASC-yə müraciət olunub. Şirkət müraciətimizə müsbət cavab verərək, adı çiəkilən sənədin çapı ilə bağlı xərcləri öz üzərinə götürüb. Fürsətdən istifadə edərək "Səba" ASC-nin rəhbərliyi başda olmaqla, bu işdə əməyi olan hər bir şəxsə öz dərin təşəkkürümüzü bildiririk.

Tərəfdaşlar