Sədrimiz “Dünya keyfiyyət həftəsi”nə həsr olunmuş tədbirdə çıxış etdi

Keyfiyyət məsələsi dünyanın bir çox ölkələrinin iqtisadiyyatında ən aktual məsələlərindən biri hesab olunur. Malların və xidmətlərin keyfiyyəti müasir şərait hər hansı bir müəssisənin və hər hansı bir təşkilatın uğur qazanması üçün zəruri şərtdir.

Keyfiyyət anlayışı həyat səviyyəsi anlayışı ilə - ətraf mühitin, insanın fiziki sağlamlığının və psixoloji rahatlığının qorunması ilə sıx bağlıdır. Məsələn, sağlamlığımız çox böyük ölçüdə qida və suyun keyfiyyətindən asılıdır. Bizə göstərilən xidmətlərin yalnız yüksək keyfiyyətdə olması da bizim üçün çox önəmlidir, əks halda o, bizim psixoloji rahatlığımıza poza bilər.

Ona görə də bu gün dünyanın əksər təşkilat və şirkətləri öz fəaliyyətlərində keyfiyyətə xüsusi önəm verir, keyfiyyət məsələlərinin aktuallığını saxlamaq üçün müxtəlif tədbirlər keçirirlər. Keyfiyyətlə bağlı sosial əhəmiyyətli tədbirlərə xüsusi diqqət ayıran şirkətlərdən biri də BOS Şelf, şirkətidir. 6 noyabr 2023-cü il tarixində Şirkətdə “Dünya Keyfiyyət Həftəsi”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Socar NQTT, TUV, SGS, Bureu Veritas, Xazar engineering, BP, Socar cape, Rapid solution, Weldspect şirkətlərin nümayəndələri iştirak ediblər.

Maraqlı məruzə, təqdimat, şirkətin tarixi və fəaliyyəti ilə bağlı məlumatların təqdim edildiyi tədbirdə Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu çıxış edib. Onu da qeyd edək ki, son illər ölkəmizdə yaradılan əlverişli biznes mühitindən bəhrələnərək daxili və xarici bazarın tələbatına uyğun yüksək keyfiyyətli məhsullar istehsal edən BOS Şelf bir çox iri miqyaslı və strateji layihələrdə davamlı iştirakı ilə dünya səviyyəli Azərbaycan şirkəti olaraq, öz fəaliyyətində keyfiyyətin idarə edilməsi - keyfiyyətin planlaşdırılması, təminatı, yoxlanılması, qiymətləndirilməsi və yaxşılaşdırılması məsələlərinə xususi əhəmiyyət verir və bunu özünün mühüm prioritetinə çevirib.

Tərəfdaşlar