“Spektr Group” şirkətində “Təzyiqin ölçülməsi və təzyiq ölçmə vasitələrinin kalibrlənməsi” mövzusunda təlim keçirilib

16 sentyabr 2023-cü il tarixində Azərbaycanda ilk dəfə olaraq Keyfiyyət Assosiasiyası tərəfindən “Spektr Group” şirkətində təzyiqin ölçülməsi və təzyiq ölçmə vasitələrinin kalibrlənməsi mövzusundə təlim keçirilib. Təlimdə şirkətin struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Təlim zamanı təzyiq haqqında əsas anlayışlar, təzyiqin ölçülməsi və təzyiq vahidləri, təzyiq ölçən cihazların təsnifatı, mayeli manometlər vasitəsilə təzyiqin ölçülməsi, elektrik manometrlər və vakuummetrlər, təzyiq ölçmək üçün deformasiyalı cihazlar, təzyiq ölçü çeviriciləri, qoruyucu klapanlar, xüsusi manometrlər, təzyiq ölçmə vasitələrinin metroloji təminatı, təzyiq kalibratorlarından istifadə qaydaları, təzyiq ölçmə vasitələrinin kalibrlənməsində istifadə edilən standartlar barədə geniş məlumat verilib və maraqlı müzakirələr aparılıb, həmçinin tədris olunan mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.

Tərəfdaşlar