KEYFİYYƏT TV

Keyfiyyət Assosiasiyası tərəfindən “Təmiz Şəhər” ASC -də ISO 45001:2018 standartı üzrə təlim keçirilib.

Keyfiyyət Assosiasiyası tərəfindən “Təmiz Şəhər” ASC -də ISO 45001:2018 standart üzrə təlim keçirilib. Təlimdə adı çəkilən qurumun müxtəlif struktur bölmələrini təmsil edən 10-dan çox əməkdaş iştirak edib.

Təlim zamanı iştirakçılara standartın tələbləri, peşə sağlamlığı və təhlükəsizliyini (PS və T) idarəetmə sistemi, onun tətbiq sahəsi, təşkilatın PS və T üzrə siyasət və məqsədləri, risk və imkanlar, təşkilati vəzifə, məsuliyyət və səlahiyyətlər, daxili auditinin keçirilməsi və yaxşılaşdırma ilə bağlı ətraflı məlumat verilib, eləcə də qeyd olunan mövzular üzrə geniş müzakirələr aparılıb. Bununla yanaşı, mövzuların daha yaxşı qavranılması üçün praktiki nümunələrdən və interaktiv metodlardan istifadə olunub və standartın tətbiqi ilə bağlı praktiki tövsiyələr verilib..

Xatırladaq ki, Keyfiyyət Assosiasiyası tərəfindən “Təmiz Şəhər” ASC-də eyni zamanda ISO 14001:2004 və ISO 18001:2007 beynəlxalq standartlaınrdan yeni ISO 14001:2015 və ISO 45001:2018 standartlarına keçid üzrə məsləhət layihəsi həyata keçirilir.

Tərəfdaşlar