Keyfiyyət tv

Təşkilatımız ilə AzIntelecom MMC arasında memorandum imzalandı

3 avqust 2022-ci il tarixində“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu“Keyfiyyət Assosiasiyası” İB-nin sədri Samir Novruzlu və “AzİnTelecom” MMC-nin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov imzalayıblar.

Memorandum tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi, hər iki qurumun fəaliyyət istiqamətlərinə uyğun olaraq birgə layihələrin həyata keçirilməsini, o cümlədən, AzInTelecom-da keyfiyyət infrastrukturunun beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasını, mövcud idarəetmə sisteminin və bötövlükdə fəaliyyətin təkmilləşdirilməsini, göstərilən xidmətlərin keyfiyətinin artırılmasını və davamlı olaraq yaxşılaşdırılmasını, şirkətin mütəxəsislərinin hazırlanmasını, onların bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili və keçirilməsini, birgə nəşrlərin (jurnal, kitab, metodiki vəsait, broşür, buklet və s) hazırlanması, çapı, paylanması yolu ilə təbliğat işlərinin təşkilini, tərəflər arasında mütəxəssis və ekspertlərin mübadiləsini, həmçinin müxtəlif format və təyinatlı tədbirlərin (konfrans, seminar, simpozium, dəyirmi masa bençmarkinq və) birgə təşkili və keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikarına malik ilk qurumdur. Bundan əlavə “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Əlçatanlıq Zonasına (Data Mərkəzinə) sahibdir. Şirkətə məxsus AZCLOUD Data Mərkəzi dövlət və özəl sektoruna “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Oracle” məhsulları və “Virtual İP Telefoniya” kimi genişmiqyaslı və çoxşaxəli bulud xidmətlərini təqdim edir.

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi Azərbaycanda keyfiyyət, idarəetmə, standartlaşdırma, sertifikatlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrinin inkişafına kömək etmək, ölkəmizdə istehsal olunan məhsulların və göstərilən xidmətlərin keyfiyyətli və rəqabətqabiliyyətli olması üçün marifçilik fəaliyyətini həyata keçirir.

Tərəfdaşlar