Xəbərlər

AQTA-da həyata keçirdiyimiz məsləhət layihəsi uğurla başa çatmışdır

Keyfiyyət Assosiasiyası tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ISO 9001:2015 və ISO 37001:2016 beynəlxalq standartları üzrə həyata keçirilən məsləhət layihəsi uğurla başa çatmışdır.

Assosiasiyanın aparıcı mütəxəssisləri tərəfindən yüksək peşəkarlıqla icra olunmuş bu layihə çərçivəsində AQTA-nın sözü gedən standartlara uyğun olaraq idarəetmə sistemi qurulmuş, mövcud proseslər təkmilləşdirilmiş, sistemin effektiv fəaliyyətini təmin etmək üçün sənədlər hazırlanmış və təqdim edilmiş, eyni zamanda AQTA-nın struktur bölmələrinin əməkdaşlarına beynəlxalq standartlar və idarəetmə üzrə silsilə təlimlər keçirilmışdır.

Onu da qeyd etmək lazımdır ki, standartların tətbiqi ilə bağlı görülmüş işlər beynəlxaq sertifikatlaşdırma qurumunun nümayəndələri tərəfindən yüksək qiymətləndirilmiş və AQTA-nın idarəetmə sisteminin ISO 9001:2015 və ISO 37001:2016 beynəlxalq standartları üzrə sertifikatlaşdırılması barədə qərar qəbul edilmişdir.

18 mart 2023-cü il tarixində AQTA-da sertifikatların təqdim olunması ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə AQTA-nın rəhbərliyi tərəfindən Keyfiyyət Assosiasiyasının gördüyü işlərin nəticələri, onun məsləhətçi komandasının performansı yüksək qiymətlərdirilmiş və bununla əlaqədar olaraq Assosiasiyanın rəhbərliyinə təşəkkür edilmiş və bu uğurun davamı olaraq Assosiasiya ilə faydalı əməkdaşlığın gələcəkdə də davam etdirilməsinə inam ifadə edilmişdir.

Tərəfdaşlar