Xəbərlər

ASQ Vankuver Bölməsinin İdarə Heyətinin üzvü Assosiasiyamızda oldu

Assosiasiyanın sədri Samir Novruzlu qonağı salamlayaraq rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, hədəfləri, həyata keçirdiyi layihələr barədə məlumat verib. Qonaq da öz növbəsində, gördüyü işlərdən, icra etdiyi layihələrdən, eləcə də təmsil etdiyi ASQ-nün fəaliyyətindən danışıb.

Görüş faydalı və maraqlı keçib. Mövcud problemlər və əməkdaşlıq perspektivləri, xüsusilə də birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Məlumat üçün bildirək ki, Fuat bəyin keyfiyyət, layihələrin idarə edilməsi, risk menecmenti, tədarük zəncirinin idarə edilməsi üzrə böyük təcrübəyə malikdir. O, həmçinin Kanadada qeyd olunan istiqamətlərdə müxtəlif layihələri həyata keçirməklə yanaşı, bu mövzular üzrə bir sıra tədbirlərdə məruzəçi və ya aparıcı kimi çıxış edir.

Tərəfdaşlar