Xəbərlər

“Azərbaycan Standartlaşdırma İnstitutu” və “Keyfiyyət Assosiasiyası” arasında anlaşma memorandumu imzalanmışdır

09 iyun 2021-ci il tarixində Azərbaycan Standartlaşdırma İnstitutu və Keyfiyyət Assosiasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. Memorandum Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktorunun müavini - baş direktor vəzifəsini müvəqqəti icra edən İlqar Həsənov və Keyfiyyət Assosiasiyası sədri Samir Novruzlu tərəfindən imzalanmışdır.

Memorandum tərəflər arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi sahələri və ümumilikdə keyfiyyət infrastrukturu çərçivəsində mövcud işlərin və fəaliyyətlərin təşkili, yenidən təşkili, təkmilləşdirilməsi və yaxşılaşdırılması, ölkədə istehsal olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılması, beynəlxalq standartların tətbiqi və bütövlükdə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, həmçinin bu sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın qurulması, möhkəmləndirilməsi və inkişaf etdirilməsini nəzərdə tutur.