Xəbərlər

Azərenerji ASC-də ISO 50001 üzrə təlim keçirilib

8 Avqust 2024-cü il tarixində Keyfiyyət Assosiasiyası tərəfindən “Azərenerji” ASC-də müəssisənin əməkdaşları üçün “ISO 50001:2018 Enerji idarəetmə sistemi” beynəlxalq standartı mövzusunda təlim keçirilib.

Keyfiyyət Assosiasiya ilə Azərenerji ASC arasında bağlanmış “ISO 50001 Enerji idaretmə sisteminin tətbiqi üzrə məsləhət xidməti” layihəsi çərçivəsində assosiasiyanın aparıcı mütəxəssisi tərəfindən keçirilmiş təlimdə iştirakçılara Dayanıqlı İnkişaf Məqsədlərinin qlobal iqlim dəyişikliyi ilə mübarizə hədəflərində enerji effektivliyinin rolu, dünyada və Azərbaycanda enerji effektivliyi və ISO 50001 EİS-nin tətbiqi ilə bağlı statistik məlumatlar, ISO 50001 standartının əsas maddələri və tələbləri, enerji sahəsində risk və imkanlar, enerji üzrə məqsədlər və onlara nail olmaq üçün planlaşdırma, Azərbaycan Respublikasının enerji siyasəti, qanunvericilikdə enerji effektivliyi və enerji idarəetməsi məsələləri və sairə barədə məlumat verilib, qeyd olunan mövzular üzrə müzakirələr aparılıb, həmçinin təlimçi tərəfindən iştirakçıların sualları cavablandırılıb.

Tərəfdaşlar