COVID-19 pandemiyası ilə əlaqədar hazırladığımız Standart Layihəsi dövlət standartı olaraq təsdiq edildi. Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarına qarşı görülən qabaqlayıcı və profilaktik tədbirlərin keyfiyyətinin daha da yüksəldilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə ISO/PAS 45005:2020 beynəlxalq standart əsasında AZS ISO/PAS 45005:2022 “Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemləri – COVID-19 pandemiyası zamanı təhlükəsiz işləmək üzrə ümumi rəhbərlik” yeni dövlət standartı qəbul olunub.
“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi mütəxəssislərinin işləyib hazırladığı yeni standartın layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) tərəfindən təsdiqlənib və standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bu sənəd layihəsinin işlənib hazırlanmasında iştirak edən aşağıdakı şəxslərə öz dərin təşəkkürümüzü bildiririk:
Layihənin rəhbəri
Samir Novruzlu – “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri
“Peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi” üzrə işçi qrupunun rəhbəri
Aqil Allahverdiyev – “Confirex” şirkətinin direktoru
İşçi qrupunun üzvləri:
Hikmət Rəcəbli – “E-QMC” MMC-nin direktoru
Fərid İsayev – İdarəetmə sistemləri üzrə müstəqil məsləhətçi və təlimçi
Sənubər Qurbanlı – “Bakl Nəqliyyat Agentliyi” publik hüquqi şəxsdə İMS üzrə baş auditor
Əmir Musayev – “Texniki Uyğunluğun Verifikasiyası – TUV” MMC-nin direktoru, idarəetmə sistemləri üzrə məsləhətçi, auditor və təlimçi
Tağı Əhmədzadə – İdarəetmə sistemləri üzrə baş auditor və təlimçi
Qalib Şərifov – “Aqrar Tədarük və Təchizat” ASC-də keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri, İEFD
Şamil Səfərov – “SOCAR-STP” MMC-də keyfiyyətə təminat üzrə menecer