Xəbərlər

“Foriella” şirkətinin əməkdaşları üçün ISO 9001:2015 standartı üzrə təlim keçirilib

2022-ci il tarixlərində Keyfiyyət Assosiasiyası tərəfindən “Foriella” MMC-də
“ISO 9001:2015 Keyfiyyəti idarəetmə sistemi - Tələblər” mövzusunda təlim keçirilib.
Təlimdə şirkətin struktur bölmələrinin əməkdaşları iştirak edib.

Təlim zamanı iştirakçılara ISO 9001:2015 standartının tələbləri, onun tətbiq sahəsi, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditinin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi və yaxşılaşdırılması və s məsələlər barədə ətraflı məlumat verilib və qeyd olunan mövzular üzrə qrup şəklində çalışmalar yerinə yetirilib.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

Qeyd edək ki “Foriella” MMC Azərbaycanın iri mebel şirkətlərindən biridir. “Foriella” şirkəti Bakı şəhəri Balaxanı Sənaye Parkında yerləşən 6 000 m2 lik istehsal səhəsi ilə sərt ağac növü olan fıstıq və palıddan masa, stul və oturmaq üçün digər mebellərin Qafqazda ən böyük istehsalçısıdır. Şirkətin mebel brendi olan “Perla” təkcə respublikamızda deyil, ölkəmizdən kənarda da yaxşı tanınır. “Foriella” şirkəti bu brend adı altında yataq, qonaq, yumşaq, uşaq mebelləri, döşək və digər mebel məhsulları istehsalını və satışını həyata keçirir. Hazırda “Foriella” şirkəti çox geniş çeşidli məhsul portfeli ilə Azərbaycan Respublikasından başqa öz məhsullarını Amerika Birləşmiş Ştatları, Rusiya, Gürcüstan, Qazaxstan, Tacikistan, Qırğızıstan və digər ölkələrə ixrac edir.

Tərəfdaşlar