Keyfiyyət Assosiasiyası tərəfindən də ISO 9001 və ISO 29993 standartlarının tətbiqi layihəsi uğurla başa çatmışdır.
Sözügedən layihə çərçivəsində Assosiasiyanın mütəxəssisləri tərəfindən şirkətdə audit və mövcud idarəetmə sisteminin təhlili aparılmış, “International Consulting Company” MMC-də ISO 9001 və ISO 29993 standartları üzrə sənədlərin işlənilməsi üzrə metodiki tövsiyələr verilmiş, həmçinin sistemin yekun qiymətləndirilməsi ilə bağlı zəruri işlər görülmüşdür. Məhz bu işlərin nəticəsi olaraq "International Consulting Company” MMC-də qeyd olunan standartlarla bağlı üçüncü tərəf auditi uğurla başa çatmış və nəhayət şirkət ISO 9001 və ISO 29993 standartları üzrə sertifikatlara layiq görülmüşdür.
Qeyd edək ki, “International Consulting Company” MMC hazırda Azərbaycanda maliyyə təlimləri üzrə ixtisaslaşmış aparıcı təlim şirkətidir.