Xəbərlər

ISO 45001:2018 beynəlxalq standartı tezliklə çap ediləcək

Bildiyiniz kimi Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) 2018-ci ildə peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi üzrə yeni ISO 45001 standartını işləyib hazırlamışdır. Bu beynəlxalq standartın gələcəkdə OHSAS 18001 standartını əvəz etməsi planlaşdırılır.

Bununla belə onun 1-ci versiyasının, yəni ISO 45001:2018-in tələbləri istər ölkəmizdə, istərsə də ondan kənarda bir sıra şirkət və təşkilatlar tərəfindən artıq tətbiq olunmağa başlamışdır. Peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi ilə bağlı standartların tətbiqinə dəstək göstərmək məqsədilə "Keyfiyyət Assosiasiyası" İctimai Birliyi daxilində "Peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi" üzrə işçi qrup yaradılmışdır. İşçi qrupunun əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq standartların azərbaycan dilinə tərcümə etməkdən ibarətdir. Məhz bu məqsədlə işçi qrup bu ilin əvvəllərindən başlayaraq ISO 45001:2018 beynəlxalq standartının tərcüməsinə başlamış və noyabr ayında onu tam yekunlaşdırmışdır. Adı çəkilən beynəlxalq standartın bu ilin sonuna kimi çap olunması planlaşdırılır.

ISO 45001:2018 beynəlxalq standartının tərcüməsi ilə tanış olmaq üçün yükləyin!