Xəbərlər

Xəbərlər

Bildiyiniz kimi Keyfiyyət Assosiasiyası İctimai Birliyinin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq standartları Azərbaycan dilinə tərcümə etməkdən ibarətdir. Bu məqsədlə təşkilatımız tərəfindən ISO 9001, ISO 14001 və ISO 22000 kimi populyar beynəlxalq standartlar doğma dilimizə tərcümə olunaraq çap edilmişdir.

Assosiasiyanın bu il tərcümə etməyi qarşısına məqsəd qoyduğu standartlardan biri də 2018-ci ildə ilk dəfə olaraq nəşr edilən və peşə sağlamlığı və təhlükəsizliyi sahəsində OHSAS 18001 standartını əvəz edəcək ISO 45001:2018 Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri - Tələblər və tətbiq üzrə rəhbərlik adlı beynəlxalq standartı olmuşdur. Cari ilin əvvəlində COVID 19 pandemiyası ilə əlaqədar adı çəkilən standartın tərcüməsi və müzakirəsində ləngimələr olsa da, peşə sağlamlığı və təhlükəsizliyi üzrə işçi qrupu qlobal pandemiya şəraitində həmin standartın tərcüməsi istiqamətində işlərini davam etdirmişdir. Artıq ISO 45001:2018 standartının azərbaycanca variantının hazırlanması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Adı çəkilən sənədın yaxın aylarda çap olunması planlaşdırılır. Çap olunduqdan sonra standartın Azərbaycan dilində hazırlanmış variantı Assosiasiyanın üzvü olan fiziki və hüquqi şəxslərə ödənişsiz olaraq təqdim ediləcəkdir. Adı çəkilən sənədi əldə etmək istəyən digər şəxslər Assosiasiya ilə əlaqə saxlaya bilərlər.