Xəbərlər

ISO 9001:2015 beynəlxalq standartı üzrə növbəti təlim keçirildi

1-2 iyun 2022-ci il tarixlərində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən ISO 9001:2015. Keyfiyyəti idarəetmə sistemləri - Tələblər mövzusunda növbəti təlim keçirilib. Təlimdə “Mesa Group” MMC, Azər ExPress Təchizat, “Rakurs” MMC və “Probo” MMC-nin əməkdaşları əməkdaşları iştirak ediblər.

Təlim zamanı iştirakçılara ISO 9001:2015 standartının tələbləri, keyfiyyəti idarəetmə sistemi, onun tətbiq sahəsi, təşkilatın konteksti, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditinin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi və yaxşılaşdırılması və s məsələlər barədə ətraflı məlumat verilib və qeyd olunan mövzular üzrə qrup şəklində çalışmalar yerinə yetirilib. Təlimdə mövzuların daha yaxşı qavranılması üçün praktiki nümunələrdən və interaktiv metodlardan istifadə olunub, eləcə də ISO 9001:2015 standartının tətbiqi ilə bağlı müvafiq tövsiyələr verilib.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

Tərəfdaşlar